DÜNYA

25 Sentyabr

Livanda üç-dörd aylıq ərzaq ehtiyatı var

Finss.az xəbər verir ki, Livanın tam blokadaya alınacağı təqdirdə ölkədə üç-dörd aylıq ərzaq ehtiyatı var.

“Mövcud problemlərə baxmayaraq, indiki mərhələdə ölkədə ərzaq təhlükəsizliyi yüksək səviyyədə təmin edilib. Ölkədə tam blokada olacağı təqdirdə əsas ərzaq növlərinin ehtiyatı 3-4 ay, un ehtiyatı isə bir ay yarım kifayət edəcək”, – o bildirib.

İsrail aviasiyası sentyabrın 23-ü səhər saatlarından etibarən Livanın cənub və şərqindəki yaşayış məntəqələrinə kütləvi zərbələr endirməyə başlayıb. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 558 nəfər ölüb, 1645 nəfər yaralanıb.

Kaira Agayeva

Finss.az