DÜNYA

25 Sentyabr

Çin təlimlər çərçivəsində qitələrarası ballistik raket buraxıb

Çin Xalq Azadlıq Ordusu təlimlər çərçivəsində qitələrarası ballistik raket buraxıb.

Finss.az xəbər verir ki, döyüş başlığı olan raket planlaşdırılmış su ərazisinə düşüb.

Müntəzəm buraxılış raket qüvvələrinin illik hərbi təlimləri proqramına uyğun olaraq həyata keçirilib. Onun məqsədi silahların və qoşunların hazırlıq səviyyəsinin sınaqdan keçirilməsidir. Telekanal qeyd edib ki, Çin raketin buraxılışı ilə bağlı regionun müvafiq ölkələrini əvvəlcədən xəbərdar edib.

Daha sonra Çin Müdafiə Nazirliyi bildirmişdi ki, raket buraxılışı başqa dövlətlərə qarşı yönəlməyib.

Departamentin saytında yerləşdirilən bəyanatda deyilir: “Artıq beynəlxalq hüquqa və beynəlxalq təcrübəyə uyğundur, heç bir konkret ölkə və ya obyektə qarşı yönəlməyib”.

Kaira Agayeva 

Finss.az