DÜNYA

25 Sentyabr

Özbəkistanda avtomobil benzininin istehsalının həcmi artıb

2024-cü ilin yanvar-avqust aylarında Özbəkistanda avtomobil benzininin istehsalının həcmi 896 min ton təşkil edib.

Finss.az xəbər verir ki, Özbəkistanın statistika agentliyinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə (2023-cü ilin yanvar-avqust aylarında 892,1 min ton) 0,44% artıb.

Bundan əlavə, avtomobil benzininin istehsalı 2024-cü ilin iyulunda istehsal edilən 115 min tondan 2024-cü ilin avqustunda 106,5 min tona çatıb.

Bu arada Özbəkistan 2024-cü ilin yanvar-iyul aylarında 896 min ton avtomobil benzini istehsal edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə (2023-cü ilin yanvar-iyul aylarında 784,1 min ton) 0,6% artıb.

Kaira Agayeva 

Finss.az