DÜNYA

25 Sentyabr

Britaniya vətəndaşları təcili olaraq Livanı tərk etməlidir

Britaniyanın Baş naziri Keir Starmer Livanda olan Britaniya vətəndaşlarına təcili olaraq ölkəni tərk etməli olduqlarını deyib. 

Finss.az xəbər verir ki, Britaniyanın Müdafiə Nazirliyi ölkə vətəndaşlarının mümkün təxliyəsinə hazırlıq məqsədilə 700 əsgəri Kiprə göndərir. Baş naziri isə bölgədə vəziyyətin kəskin şəkildə pisləşməsi səbəbindən təxliyə planlarını sürətləndirdiklərini deyib. O əlavə edib ki, Britaniya vətəndaşları təcili olaraq Livanı tərk etməlidir. 

İki Britaniya hərbi gəmisi artıq bölgədə yerləşdirilib və hər hansı bir təxliyə əməliyyatı əmri veriləcəyi halda istifadə olunacaq. Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterlər də hazır vəziyyətdə gözləyir. 

Hərbi personalın bölgəyə yerləşdirilməsi yaxın saatlarda baş tutacaq. Onlar sərhəd xidməti və Xarici İşlər Nazirliyinin nümayəndələri tərəfindən dəstəklənəcək.

Kaira Agayeva 

Finss.az