DÜNYA

25 Sentyabr

Norveç ukraynalıların müalicəsi üçün milyonlarla avro ayıracaq

Finss.az xəbər verir ki, Norveç hökuməti ukraynalıların Avropaya tibbi evakuasiya proqramı üçün 100 milyon kron (təxminən 8,7 milyon avro) ayıracaq, baş nazir Jonas Qahr Støre bildirib.
 
Norveçin “Verdens Gang” nəşri qeyd edir ki, Rusiya ilə müharibə zamanı yaralanan ukraynalıların təxliyəsi proqramı 2022-ci ilin avqustundan qüvvədədir.

Qurbanlar uçan reanimasiya şöbəsi kimi fəaliyyət göstərən çevrilmiş SAS təyyarəsində daşınır. Norveç və Aİ arasında mövcud razılaşmanın müddəti noyabrda başa çatmalı idi, lakin indi 2025-ci ilin aprelinə qədər uzadılacaq.

Kaira Agayeva 

Finss.az