DÜNYA

24 Sentyabr

ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə mühərrikli təyyarədaşıyan gəmisi Yaxın Şərqə doğru yola düşüb

ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə mühərrikli təyyarədaşıyan gəmisi Yaxın Şərqə yollanıb.
Finss.az xəbər verir ki, gözlənildiyi kimi, USS Harry Truman raket kreyseri və aviadaşıyan zərbə qrupunun iki esminesi ilə birlikdə Şərqi Aralıq dənizində regiondakı böhranlı vəziyyətin fonunda yerləşdiriləcək.

Hazırda Yaxın Şərqdə Oman körfəzində artıq üç raket esminesinin daxil olduğu USS Abraham Lincoln təyyarədaşıyan gəmisinin başçılıq etdiyi Amerika təyyarədaşıyan zərbə qrupu fəaliyyət göstərir.

Bundan əlavə, 154-ə qədər “Tomahawk” qanadlı raketi daşıya bilən “USS Georgia” nüvə sualtı qayığı və iki raket esminesi Qırmızı dəniz bölgəsində döyüş növbətçiliyi aparır.

Kaira Agayeva 

Finss.az