DÜNYA

24 Sentyabr

Fransada RER-B sürücüləri tətil edirlər

RER-B qatarlarının sürücüləri sentyabrın 24-də bütün gün davam edən tətil bildirişi veriblər. 

Finss.az xəbər verir ki, həmkarlar ittifaqı təhlükəsizlik qruplarının kabinələrdə olan sürücülərə qarşı həyata keçirdiyi “uyğun olmayan nəzarət və müdaxilə prosedurlarına” etiraz niyyətini bildirib.

Beləliklə, sürücülərə qarşı qeyri-adekvat davranışa görə RER-B qatarlarının sürücüləri etirazlarını tətillə ifadə etdirmək qərarına gəliblər. Tətil bildirişi dörd həmkarlar ittifaqı “La baza”, CGT, FO və “Unsa” tərəfindən təqdim edilib. 

Dəmir Yolları Milli Şirkəti (SNCF) təhlükəsizlik agentləri tərəfindən iş növbəsi bitmiş RER-B sürücüsü üzərində çox ciddi yoxlamanı aparması həmkarlar ittifaqları və sürücülərin narazılığına səbəb olub. 

Qeyd edək ki, RER-B Paris metropoliteninin Şimal-Şərq və Cənub-Qərb oxu boyunca bir neçə istiqamətdə marşrutu olan dəmir yolu xəttidir.

Kaira Agayeva 

Finss.az