DÜNYA

24 Sentyabr

Estoniyalı təlimatçılar Britaniyada ukraynalı hərbçilərə təlim keçəcək

Finss.az xəbər verir ki, Estoniya Silahlı Qüvvələrinin 30 nəfərlik təlimatçı qrupu Ukrayna hərbçilərinə təlim keçmək üçün bu həftə Böyük Britaniyaya yollanacaq.

Təlimatçılar “Interflex” təlim missiyası çərçivəsində ukraynalı hərbçilərə əsas döyüş bacarıqlarını, o cümlədən silahdan istifadə qaydalarını, tibb və atış hazırlıqlarını öyrədəcək. Məşq dövrünün müddəti təxminən iki aydır.

Qeyd edək ki, Tallin 2024-cü ilin yanvarında Böyük Britaniyanın rəhbərliyi ilə ukraynalı hərbçilərə təlim keçən “Interflex” missiyasına qoşulub. Missiyada Estoniya ilə yanaşı, Şimali Avropa və Baltikyanı ölkələr, həmçinin Avstraliya, Yeni Zelandiya, Kanada və Kosovo da iştirak edir.

Kaira Agayeva 

Finss.az