DÜNYA

24 Sentyabr

Türkiyə ordusu Suriya və İraqda yeni əməliyyat keçirib, üç terrorçu öldürülüb

Türkiyə Silahlı Qüvvələri Suriya və İraqın şimalında yeni əməliyyat keçirib.

Finss.az xəbər verir ki, Suriyanın şimalındakı "Fırat Kalkanı" bölgəsində PKK/YPG terror təşkilatının iki, İraqın şimalındakı "Pəncə-Kilit" əməliyyat bölgəsində isə PKK terror təşkilatının bir üzvü öldürülüb.

Nazirlikdən bildirilib ki, terrora qarşı mübarizə qətiyyətlə davam etdirilir.

Kaira Agayeva 

Finss.az