DÜNYA

24 Sentyabr

Gürcüstanın Baş naziri və BMT-nin Baş katibi regiondakı vəziyyəti müzakirə ediblər

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşlə görüşüb.

Finss.az xəbər verir ki, görüşdə bir sıra məsələlər, o cümlədən Cənubi Qafqazda sülh və sabitlik məsələləri müzakirə olunub, davamlı sülhün bərqərar olmasının vacibliyi vurğulanıb. Eyni zamanda, Gürcüstanın regionda sülh və sabitliyin təmin olunmasına töhfəsi qeyd edilib. 

Tərəflər dünyanın üzləşdiyi problemlərin aradan qaldırılmasında beynəlxalq ictimaiyyətin birgə səylərinin vacibliyini də vurğulayıblar.

Kaira Agayeva 

Finss.az