DÜNYA

24 Sentyabr

Livan İsrailin hava hücumları nəticəsində 274 nəfərin öldüyünü bildirir

Finss.az xəbər verir ki, İsrailin Livanın cənubundakı məskunlaşan ərazilərə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 274 nəfərə çatıb, yaralananların sayı isə 1 min nəfərdən çoxdur. Bu barədə “Asharq Al-Awsat” qəzeti Livanın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Hər iki tərəfin artan hücumları ilə müşayiət olunan münaqişənin gərginləşməsi sentyabrın 17 və 18-də Livanda rabitə cihazlarının silsilə partlayışlarından sonra başlayıb. Onlarla insan öldü, 3 minə yaxın insan yaralandı. Tezliklə İsrail Beyrutun cənub ətraflarında yaşayış binasına hava hücumu həyata keçirdi və nəticədə Hizbullahın xüsusi əməliyyatlar komandiri İbrahim Aqil də daxil olmaqla 50-dən çox adam həlak oldu. Buna cavab olaraq şiə döyüşçüləri İsrailin Ramat David aviabazasına və Hayfanın şimalındakı Rafael müdafiə zavoduna hücum ediblər.

Kaira Agayeva 

Finss.az