DÜNYA

23 Sentyabr

Harris seçki kampaniyasına Trampdan üç dəfə çox pul xərcləyir

Demokratlar partiyasından prezidentliyə namizəd Kamala Harris seçkiqabağı kampaniyasına respublikaçı rəqibi Donald Trampa nisbətən gündə 5 milyon dollar çox vəsait xərcləyir. 

Finss.az xəbər verir ki, Bloomberg agentliyinin məlumatına görə, Harris seçkiqabağı kampaniyaya avqust ayında gündə orta hesabla 7,5 milyon dollar, Tramp isə 2,6 milyon dollar sərf edib.

ABŞ Federal Seçki Komissiyası Kamala Harrisin seçki yarışına sentyabr ayında 404 milyon dollarla, Donald Trampın isə 295 milyon dollarla daxil olduqlarını bildirib.

Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri noyabrın 5-nə təyin olunub. Seçkilərdə Demokratlar partiyasını ölkənin hazırkı vitse-prezident Kamala Harris, Respublikaçılar partiyasını isə sabiq dövlət başçısı Donald Tramp təmsil edir.

Kaira Agayeva 

Finss.az