Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk səhhətindəki problemlə əlaqədar olaraq bütün görüşlərini ləğv edib.
Finss.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, yüngül qrip vəziyyətinə görə və qarşıdakı günlərdə səyahətləri nəzərə alınmaqla, Papa Fransiskin bu günə planlaşdırılan ayini ləğv olunub.
Qeyd edək ki, sentyabrın 26-29-da Roma Papasının Lüksemburq və Belçikaya apostol səfəri planlaşdırılır.
Kaira Agayeva
Finss.az