DÜNYA

23 Sentyabr

SEPAH üzvlərinə bütün rabitə vasitələrindən istifadə etmək qadağan edildi

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Livanda Hizbullah müttəfiqləri tərəfindən istifadə edilən minlərlə peycer və rabitə cihazlarının bombalanması ilə bağlı insidentdən sonra öz üzvlərinə bütün rabitə formalarından istifadəni dərhal dayandırmaq barədə ciddi göstəriş verib.

Finss.az xəbər verir ki, İİKK təşkilat daxilində narahatlığa səbəb olan bu sızıntıya cavab olaraq belə tədbirlər görüb.

Məlumata görə, İran İnqilabı Keşikçiləri Korpusu öz avadanlığının, eləcə də istifadə olunan bütün rabitə vasitələrinin yoxlanılması və təmizlənməsi üçün genişmiqyaslı əməliyyata başlayıb. Buraya həm əməliyyat bölmələri ilə birbaşa əlaqəli, həm də təşkilatın yüksək səviyyəli üzvləri tərəfindən istifadə edilən cihazlar daxildir. İranın xüsusi xidmət orqanları partlayışların xarici müdaxilənin, yoxsa İran ordusunun və onun Livandakı müttəfiqlərinin təhlükəsizliyini təhdid edən daxili sızmanın nəticəsi olduğunu müəyyən etməyə çalışır.

Kaira Agayeva 

Finss.az