DÜNYA

23 Sentyabr

İsveçrə Orta Dəhlizin inkişafı üçün bir çox həll yolları təklif edə bilər

İsveçrə Orta Dəhlizin inkişafı üçün bir çox həll yolları təklif edə bilər.

Finss.az xəbər verir ki, Çindən Avropaya Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə nəqliyyat marşrutu hazırda fəal inkişaf edir: nəqliyyat və logistika imkanları modernləşdirilir və genişləndirilir.

"Bu dəhliz ticarəti əhəmiyyətli dərəcədə asanlaşdıracaq və regionun tranzit qovşağı kimi mövqeyini gücləndirəcək. Təkmilləşdirilmiş transmilli əlaqə daha səmərəli təchizat zəncirlərinə və bazarlara çıxışın yaxşılaşmasına səbəb olacaq ki, bu da İsveçrə şirkətləri də daxil olmaqla, müsbət xəbərdir.

İsveçrə Orta Dəhliz kontekstində lazım ola biləcək bir çox infrastruktur həlləri təklif edə bilər: məsələn, ictimai nəqliyyat, dəmir yolları, körpülər, tunellər və mühəndislik xidmətləri. Bundan əlavə, yüklərin izlənilməsi və logistika üzrə ixtisaslaşmış İsveçrə şirkətləri innovativ həllər təklif edə bilərlər”, - deyə Bonvin əlavə edib.

Qeyd edək ki, Orta Dəhliz Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə Çinin və Avropa İttifaqı ölkələrinin konteyner dəmir yolu yükdaşıma şəbəkələrini birləşdirir.

Çoxtərəfli multimodal nəqliyyat infrastrukturu Xəzər və Qara dənizlərin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.

Orta dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının artmasına töhfə verir.

Bu dəhlizlə hərəkət edən blok qatarı Çindən Avropaya yükləri orta hesabla 20-25 günə çatdırır və bu, bu nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

Kaira Agayeva

Finss.az