DÜNYA

23 Sentyabr

Almaniya 2023-cü ildə Qazaxıstan iqtisadiyyatına rekord məbləğdə investisiya qoyub

1992-ci ildən 2023-cü ilə qədər Almaniya Qazaxıstan iqtisadiyyatına 6,6 milyard ABŞ dollarından çox sərmayə qoyub və 2023-cü ildə birbaşa investisiya axını rekord səviyyəyə çatıb ki, bu da əvvəlki illə müqayisədə 64 faiz artaraq 770 milyon ABŞ dollarına çatıb.

Finss.az xəbər verir ki, hazırda Qazaxıstanda ümumi dəyəri 1,1 milyard dollardan çox olan 32 Qazaxıstan-Almaniya investisiya layihəsi həyata keçirilib.

Ümumi dəyəri təqribən 51 milyard ABŞ dolları olan 12 layihə icra mərhələsindədir və 2,8 milyard dollara yaxın perspektivli 22 layihə hazırlanma mərhələsindədir. İnvestisiyaların əsas hissəsi qeyri-resurs sektoruna, o cümlədən emal sənayesi, kimya, tikinti materiallarının istehsalı, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrinə yönəldilib.

Kaira Agayeva 

Finss.az