DÜNYA

23 Sentyabr

ABŞ-ın nüvə sualtı qayığı Cənubi Koreyanın Busan şəhərinin limanına daxil olub

ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə enerjisi ilə işləyən sualtı gəmisi “USS Vermont” Cənubi Koreyanın Busan şəhərinin limanına ləvazimatları artırmaq və ekipajı istirahət etmək üçün daxil olub.

Finss.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya hərbçilərinə istinadən məlumat yayıb.

Cənubi Koreya Hərbi Dəniz Qüvvələri Amerika hərbçiləri ilə "dostluq mübadiləsi" planlaşdırdığını bildirib. Bu, USS Vermont gəmisinin Cənubi Koreya limanına ilk səfəridiir.

Kaira Agayeva 

Finss.az