DÜNYA

23 Sentyabr

Livandakı insidentdən sonra iranlıları təyyarələrə peycer götürməməyə çağırıb

Tehrandan Livanın paytaxtı Beyruta gedən İran vətəndaşlarından təyyarənin göyərtəsində peycer və ya telsiz götürməmələri xahiş olunub. 

Finss.az xəbər verir ki, sərnişinlərə müraciət Livan hakimiyyətinin Beyrutdan, eləcə də ümumilikdə hava yolu ilə yuxarıda göstərilən cihazların daşınmasına qadağa qoymasının ertəsi günü edilib.

Sentyabrın 17-də axşam saatlarında Hizbullah şiə təşkilatının minlərlə üzvünün şəxsi peycerləri partladılıb. Nəticədə ən azı 4 min nəfər yaralanıb, 12 nəfəri, o cümlədən 8 yaşlı uşaq və Hizbullah liderlərindən birinin oğlunu xilas etmək mümkün olmayıb.

Kaira Agayeva 

Finss.az