DÜNYA

20 Sentyabr

CERN yüzlərlə rus alimini Böyük Adron Kollayderinə girişdən məhrum edəcək

Böyük Adron Kollayderinin (LHC) operatoru kimi tanınan Avropa Nüvə Tədqiqatları Təşkilatı (CERN) bu il dekabrın 1-dən etibarən Rusiya təşkilatları ilə əlaqəsi olan yüzlərlə alimin elmi obyektlərinə girişinə icazə verməyəcək.

Finss.az xəbər verir ki, Rusiya institutları ilə əməkdaşlıq çərçivəsində çalışan mütəxəssislər bundan sonra CERN ərazisinə səfər edə bilməyəcəklər. Bundan əlavə, onlar təşkilatın tədqiqat mərkəzlərində çalışdıqları Fransa və İsveçrənin yaşayış icazələrini də geri götürməli olacaqlar.

CERN laboratoriyalarında tədqiqatları davam etdirmək üçün alimlər Rusiyanın elmi qurumları ilə əməkdaşlığı dayandırmalı və başqa, xarici təşkilatlara köçməlidirlər.

Bu addım beynəlxalq siyasi proseslər fonunda Rusiya ilə elmi əməkdaşlığa yönəlmiş daha geniş sanksiya tədbirlərinin bir hissəsi kimi qiymətləndirilir. Mütəxəssislərin fikrincə, bu məhdudiyyətlər CERN layihələrində iştirak edən rusiyalı mütəxəssislərin elmi fəaliyyətinə, o cümlədən hissəciklər fizikası ilə bağlı tədqiqatlara və Böyük Adron Kollayderində təcrübələrə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Kaira Agayeva 

Finss.az