DÜNYA

20 Sentyabr

Zelenski Rusiya, Çin, BƏƏ və İran şirkətlərinə qarşı sanksiyalar tətbiq edib

Ukrayna prezidenti Vladimir Zelenski 42 hüquqi və 6 fiziki şəxsə qarşı on illik sanksiya tətbiq edən fərmanlar imzalayıb.

Finss.az xəbər verir ki, Rusiya, Çin, BƏƏ və İranda qeydiyyatdan keçmiş nəqliyyat, istehsal və ticarət, tikinti, investisiya və sənaye şirkətlərinə qarşı sanksiyalar tətbiq edilib.
Xüsusilə, Kiyev Rusiyanın “Mayak” gəmi işıqlandırma zavoduna və Kazan Dövlət Hökumət Toz Zavoduna qarşı sanksiyalar tətbiq edib.

Sanksiya siyahısına Rusiya vətəndaşları İqor Dyuqurov, Valentina Qriqoryeva, Liliya Alimova, Aleksandr Fedorko, Çin vətəndaşı Fan Yang və İran vətəndaşı Həmidreza Qorbani də daxil edilib.
 

Kaira Agayeva 

Finss.az