DÜNYA

20 Sentyabr

Ukraynada “Telegram”ın xidməti cihazlarda istifadəsinə qadağa qoyulub

Ukraynada dövlət orqanlarının əməkdaşlarına və silahlı qüvvələrin hərbi qulluqçularına “Telegram” mesencerindən rəsmi cihazlarda istifadə etmək qadağan olunub. 

Finss.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurası “Facebook” sosial şəbəkəsində məlumat yayıb. Şuradan bildiriblər ki, dövlət qulluqçularının, hərbçilərin, təhlükəsizlik və müdafiə sektoru işçilərinin, habelə mühüm infrastruktur sferası operatorlarının xidməti cihazlarında “Telegram”ın quraşdırılmasına və istifadəsinə qadağa qoyulub. 

Kibertəhlükəsizlik üzrə milli koordinasiya mərkəzi bu qərarı mesencerin milli təhlükəsizliyə təhdid yarada biləcəyinə görə qəbul edib.

Kaira Agayeva 

Finss.az