DÜNYA

20 Sentyabr

Türk lirəsi dollar qarşısında yeni minimuma düşüb

Türk lirəsi dollar qarşısında sürətlə ucuzlaşmaqda davam edir.

Finss.az xəbər verir ki, sentyabrın 21-də dollar 34,09 lirəyə kimi bahalaşaraq yeni rekorda imza atıb. Avronun Türkiyə valyutasına nisbətdə məzənnəsi 38,18 lirə olub. Gün ərzində lirə dollar qarşısında 0,2%, son bir ayda isə məzənnəsi 1% ucuzlaşıb.

Türkiyə Mərkəzi Bankı dolların rəsmi məzənnəsini alış üçün 33,97 lirə, satış üçün isə 34,03 lirə müəyyən edib.

Kaira Agayeva 

Finss.az