DÜNYA

20 Sentyabr

ABŞ Federal Ehtiyat Sistemi son dörd ildə ilk dəfə olaraq baza dərəcəsini aşağı salıb

Ölkənin mərkəzi bankının funksiyalarını yerinə yetirən ABŞ Federal Ehtiyat Sistemi (FRS) iclasın yekunlarına görə baza dərəcəsini 4,75-5,00%-ə endirib.
Finss.az xəbər verir ki, bu barədə Amerika tənzimləyicisinin saytında yer alan məlumatda deyilir.

Faiz intervalında azalma bazar tərəfindən gözlənilən idi. Göstərici 2000-ci ildən pik həddə çatıb. Federal Ehtiyat, Covid-19 pandemiyası fonunda iqtisadiyyatı dəstəkləmək üçün 2020-ci ildə faiz dərəcələrini sonuncu dəfə endirdi. Daha sonra inflyasiyanın artması səbəbindən 5,25-5,50%-ə çatdı.

Kaira Agayeva 

Finss.az