DÜNYA

20 Sentyabr

Fransa hipersəs raketlərindən qorunmaq üçün ən son SAMP/T NG hava hücumundan müdafiə sistemlərinin inkişafını sürətləndirir

Fransa 2026-cı ildə hipersəs və aeroballistik raketləri vura biləcək ən son SAMP/T NG zenit-raket komplekslərinin istehsalına başlamağı planlaşdırır.

Finss.az xəbər verir ki, 2030-cu ilə qədər Fransa ordusu 8 belə kompleks, 2034-cü ilə qədər isə daha dörd hava hücumundan müdafiə sistemi alacaq.
Əvvəllər istehsalın 2027-ci ildən tez başlamayacağı güman edilirdi, lakin Fransa prosesi sürətləndirməyə qərar verdi. Yeni SAMP/T NG Ukraynada hava hücumlarını dəf etmək üçün uğurla istifadə edilən sələfinin əsas xüsusiyyətlərini saxlayacaq. Eyni zamanda, yeni kompleks aktiv elektron sıxışdırma və kiberhücumlar şəraitində daha effektiv olacaq.

Kaira Agayeva

Finss.az