DÜNYA

20 Sentyabr

Alimlər Çində koronavirusun ilkin yayılmasını müəyyən ediblər

Finss.az xəbər verir ki, Çin, Amerika və Avropa alimləri sübut etdilər ki, koronavirus Uhandakı dəniz məhsulları bazarından bütün Çinə, sonra isə bütün dünyaya yayılmağa başlayıb.

Mütəxəssislər 2019-cu ilin sonu - 2020-ci ilin əvvəlində Uhan bazarında toplanan və yoluxma mənbəyi məməlilər - civets, bambuk siçovulları və yenot itləri olan bir çox koronavirus genom fraqmentlərinin strukturunu tədqiq ediblər. Məlum olub ki, onlar həqiqətən də yoluxublar və COVID-19-un ilk hallarının qeydə alındığı bazarın qərb hissəsində qeyri-qanuni şəkildə satılıblar.

Kaira Agayeva 

Finss.az