DÜNYA

20 Sentyabr

Cənubi Koreya İraqa 2,7 milyard dollar dəyərində Cheongun-2 hava hücumundan müdafiə sistemi tədarük edəcək

Cənubi Koreyanın LIG Nex1 şirkəti İraqın Müdafiə Nazirliyi ilə “Çonqun-2” zenit-raket komplekslərinin (SAM) tədarükü üçün 2,78 milyard dollarlıq müqavilə bağlayıb.

Finss.az xəbər verir ki, bu barədə Yonhap agentliyi şirkətin tənzimləyici orqanlara təqdim etdiyi sənədlərə istinadən məlumat yayıb.

Sövdələşmənin konkret maliyyə şərtləri təhlükəsizlik baxımından açıqlanmayıb. Bu müqavilə Chhonggong-2-nin xaricə ixrac edilməsinin üçüncü nümunəsi olacaq. Əvvəllər Cənubi Koreya bu sistemləri BƏƏ və Səudiyyə Ərəbistanına tədarük edirdi.

Kaira Agayeva 

Finss.az