DÜNYA

20 Sentyabr

Rusiya PUA istehsalını bir milyon yarıma çatdıracaq

2025-ci ildə Rusiya təxminən bir milyon yarım pilotsuz uçuş aparatı (PUA) istehsal edəcək, Rusiya prezidenti Vladimir Putin bildirib.

Finss.az xəbər verir ki, Rusiya prezidenti qeyd edib ki, bu il Silahlı Qüvvələr artıq 140 minə yaxın müxtəlif təyinatlı pilotsuz uçuş aparatı alıb və belə cihazların istehsalının on dəfə artırılması planlaşdırılır.

“Bundan əlavə, pilotsuz sistemlərin xətti genişlənir - pilotsuz qayıqlar və çoxməqsədli robot platformalar yaradılır. Onların əksəriyyəti təmas xəttindəki qoşunlara göndəriləcək”, - Putin əlavə edib.

Kaira Agayeva 

Finss.az