DÜNYA

20 Sentyabr

Nəticələrindən və itkilərindən asılı olmayaraq, Hizbullah İsrailə hücumlarını davam etdirəcək

Livanın “Hizbullah” şiə hərəkatı mümkün nəticələr və itkilərdən asılı olmayaraq Qəzza zolağında Fələstin müqavimətinə dəstək olaraq İsraili vurmağa davam edəcək.

Finss.az xəbər verir ki, bunu hərəkatın lideri Həsən Nəsrullah “Al Manar” telekanalının yayımladığı televiziya müraciətində bildirib.

Onun sözlərinə görə, son vaxtlar rəhbərlik etdiyi quruma “rəsmi və qeyri-rəsmi kanallar vasitəsilə” “cənubdan atəşkəs” tələbi ilə bağlı mesajlar gəlib. Bununla belə, Nəsrullah Hizbullahın “bu təhdidlərə boyun əyməyəcəyini və Qəzzaya dəstəyini dayandırmayacağını” əmin edib.

Kaira Agayeva 

Finss.az