DÜNYA

12 Sentyabr

Norveç Türkiyəyə qarşı tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırır

Norveç Türkiyəyə qarşı tətbiq etdiyi müdafiə sənayesi məhdudiyyətlərini aradan qaldırmağa qərar verib.

Finss.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin müşaviri Öncü Keçeli açıqlayıb. 

Bildirilib ki, bu gün Türkiyə və Norveçin xarici işlər nazirləri Hakan Fidan ilə Espen Bart Eide arasında telefon danışığı olub. Norveçin XİN rəhbəri ölkəsinin 2019-cu ildə Türkiyəyə qarşı tətbiq etdiyi müdafiə sənayesi məhdudiyyətlərini aradan qaldırmağa qərar verdiyini bildirib.

Nazir Fidan sözügedən qərardan məmnunluğunu ifadə edərək bu cür məhdudiyyətlərin müttəfiqlik ruhuna uyğun olmadığını deyib.

Kaira Agayeva 

Finss.az