DÜNYA

20 Avqust

Tramp və Harrisin kampaniyaları iranlı hakerlərin hədəfinə tuş gəlib

Donald Tramp əvvəllər İranın haker hücumlarının arxasında dayandığını iddia etmişdi. Hücum zamanı bəzi sənədlərə giriş əldə edilib. Kamala Harrisin kampaniyası isə hücumun onlara təsir etmədiyini açıqlayıb. Tehran isə ittihamları rədd edir.

Finss.az-ın məlumatına görə, həm Donald Trampın, həm də demokratlar Joe Biden və Kamala Harrisin kampaniyaları iranlı hakerlər tərəfindən hədəfə alınıb. CNN-ə istinadən bildirilir ki, hakerlər FTB və digər kəşfiyyat qurumlarının diqqətindədir.

Kəşfiyyat hesab edir ki, iranlılar hər iki partiyanın kampaniyalarına çıxışı olan şəxslərə sosial mühəndislik vasitəsilə hücum edib. Hakerlər iyun ayında Trampın müttəfiqi Rocer Stounun e-poçtunu sındırıb və bu məlumatdan başqa hesabları sındırmağa çalışıblar.

FTB Trampa araşdırmanın nəticələri barədə məlumat verib.

Kaira Agayeva 

Finss.az