İndiyədək müraciət edənlərin ümumi sayının 2%-dən az hissəsi 120 min funt sterlinq məbləğində təzminat alıb. Şikayətlərin əksəriyyəti AstraZeneca peyvəndi ilə bağlıdır və insanlar bu peyvəndin sağlamlıqlarına zərər verdiyini bildiriblər. AstraZeneca peyvəndi may ayında satışdan çıxarılıb.
Finss.az xəbər verir ki, Böyük Britaniyada təxminən 14 min insan SARS-CoV-2 koronavirusuna qarşı peyvəndin sağlamlıqlarına zərər verdiyini iddia edərək kompensasiya üçün müraciət edib. The Telegraph yazır ki, bu şikayətlər arasında insult, infarkt, təhlükəli qan laxtalanması, onurğa beyni iltihabı, həddindən artıq şişlik və üz iflici kimi hallardan əziyyət çəkən insanlar ödəniş alıblar. Müraciət edənlərin təxminən 97%-i AstraZeneca, digərləri isə Pfizer və ya Moderna peyvəndi ilə peyvənd olunub.
Böyük Britaniyada 1979-cu ildən peyvəndlərin vurduğu ziyana görə kompensasiya proqramı (Vaccine Damage Payment Scheme, VDPS) mövcuddur. Ümumilikdə, 16 minə yaxın insan bu proqram çərçivəsində səlahiyyətli orqanlara müraciət edib, və müraciətlərin əksəriyyəti COVID-19 peyvəndləri ilə bağlıdır.
Kaira Agayeva
Finss.az