Fələstinin HƏMAS hərəkatı Qəzza danışıqlarında yalnız ABŞ prezidenti Co Baydenin may ayında təqdim etdiyi və beynəlxalq səviyyədə təsdiqlənmiş təklifin həyata keçirilməsinə diqqət yetiriləcəyi halda iştirak edəcək.
Finss.az xəbər verir ki, "Associated Press" agentliyinə müsahibəsində HƏMAS-ın Siyasi Bürosunun üzvü Usamə Həmdan bildirib: “Biz vasitəçilərə məlumat verdik ki, istənilən görüş yeni danışıqlar üçün deyil, icra mexanizmlərinin müzakirəsi və son tarixlərin müəyyənləşdirilməsi üçün olmalıdır. Əks halda, HƏMAS iştirak etmək üçün heç bir səbəb görmür.”
Misir, Qətər və ABŞ İsrail və HƏMAS-ı avqustun 14-15-də atəşkəs müzakirələrini bərpa etməyə çağırıblar. Üç ölkənin liderləri razılığa gəlmək üçün yekun təklif təqdim etməyə hazır olduqlarını bildiriblər.
Kaira Agayeva
Finss.az