Yaponiya parlamentinin müxtəlif partiyalardan olan 70-ə yaxın deputatı Yasukuni məbədini şəxsən ziyarət edib.
Finss.az xəbər verir ki, deputatlar məbədi Yaponiyanın müharibədən çıxmasının 79-cu ildönümündə ziyarət ediblər. Asiya ölkələrində Yasukuni məbədi adətən Yapon militarizmi ilə əlaqələndirilir.
Məbədi ziyarət edənlər arasında, həmçinin Fumio Kişida kabinetinin üç üzvü - müdafiə naziri Minoru Kixara, iqtisadi bərpa naziri Yoşitaka Şindo və iqtisadi təhlükəsizlik naziri Sanae Takaiti də olub.
Maraqlıdır ki, yapon militarizminin rəmzi sayılan məbədi şəxsən ziyarət edən sabiq ətraf mühit naziri Şindziro Koidzumi və sabiq iqtisadi təhlükəsizlik naziri Takayuki Kobayaşi sentyabrda keçiriləcək seçkilərdə hakim partiyanın rəhbəri postuna mümkün namizədlər sırasındadır. Yaponiyanın Baş naziri Fumio Kişida ziyarətdən çəkinsə də, Yasukuni məbədinə şəxsi vəsait təklif edib.
Yapon siyasətçilərinin məbəd ziyarətləri, bir qayda olaraq, ildə üç dəfə - aprel və oktyabr aylarında ritual bayramlarda, həmçinin Yaponiyanın ikinci dünya müharibəsindən çıxmasının elan edildiyi gün - avqustun 15-də baş verir. Bəzi siyasətçilər isə Yasukuni məbədini ilin sonunda ziyarət edirlər.
Kaira Agayeva
Finss.az