DÜNYA

15 Avqust

"Ampil" qasırğası səbəbindən 500-ə yaxın aviareys ləğv ediləcək

Yaponiyada "Ampil" qasırğası səbəbindən avqustun 16-da 500-ə yaxın daxili aviareys ləğv ediləcək.

Finss.az xarici mətbuata istinadən xəbər verir ki, JAL aviaşirkəti 191, ANA isə ən azı 280 reysin ləğv olunduğunu açıqlayıb. Qasırğanın ölkənin şərq və şimal-şərq bölgələrində qatarların hərəkətini də dayandıra biləcəyi bildirilir.

Meteoroloqlar qasırğanın avqustun 16-da səhər saatlarında Yaponiyanın paytaxtına yaxınlaşacağını və küləyin sürətinin 30-45 m/s-ə çatacağını proqnozlaşdırırlar.

 

Zemfira Ms
Finss.az