Yəmən hökuməti Ənsar Allah (Husi) tərəfdarlarının BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının (OHCHR) ölkə ofisinə son hücumundan sonra BMT-ni qərargahını Sənadan Ədənə köçürməyə çağırıb.
Finss.az xəbər verir ki, bu barədə Yəmənin informasiya naziri Müəmmər Əl-İrani sosial şəbəkələrdə yazıb.
"BMT missiyası və onun bütün tabeliyindəki təşkilatlar humanitar fəaliyyətlərinin təhlükəsizliyini təmin etmək və işçilərinin həyatını qorumaq üçün ofislərini dərhal Ədəndəki müvəqqəti paytaxta köçürə bilər" dedi.
Yəmənli nazir husilərin beynəlxalq təşkilatların əməkdaşlarına qarşı hərəkətlərini təhlükəli hadisə adlandırıb.
“Beynəlxalq təşkilatların rəhbərliyinin son illərdə husilərə qarşı loyal münasibəti son hadisələrə gətirib çıxarıb ki, onlar beynəlxalq təşkilatın qərargahını ələ keçirib öz əməkdaşlarına casus və satqın kimi yanaşıblar”, - deyə nazir vurğulayıb.
Husilər avqustun 3-də təşkilatın Sənadakı ölkə ofisinə nəzarəti ələ keçirib və orada yerləşən sənədləri və nəqliyyat vasitələrini müsadirə ediblər.
Kaira Agayeva
Finss.az