Qəzza ilə bağlı danışıqların avqustun 15-də Qətərdə keçirilməsi planlaşdırılır.
Finss.az xəbər verir ki, bu barədə TASS-a İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri bildirib.
Danışıqlarda İsrail nümayəndə heyətinə “Mossad”ın direktoru başçılıq edəcək.
Bu gün səhər Fələstinin HƏMAS hərəkatının Siyasi bürosunun yeni rəhbəri Yəhya Sinvarın İsraillə atəşkəs sazişi bağlamaq istədiyi məlum olub.
Kaira Agayeva
Finss.az