Hindistanın baş naziri Narendra Modi avqustun 21-də Polşaya səfər etməyi planlaşdırır və bu səfərin Ukraynaya planlaşdırılan ziyarətdən əvvəl baş tutacağı bildirilir.
Finss.az xarici mətbuata istinadən xəbər verir ki, bu məlumat hələ rəsmi olaraq təsdiqlənməyib, lakin səfər reallaşsa, bu, Hindistan baş nazirinin 1979-cu ildən bəri Polşaya ilk səfəri olacaq.
Polşa, Mərkəzi və Şərqi Avropada Hindistanın ən böyük ticarət və investisiya tərəfdaşıdır və səfər zamanı texnoloji əməkdaşlığa xüsusi diqqət yetiriləcəyi gözlənilir.
Bundan əvvəl Hindistan mediası Modinin avqustun sonunda Ukraynaya səfər edəcəyini bildirmişdi.
Kaira Agayeva
Finss.az