Türkiyə, əcnəbilərin ölkəyə girişində təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə yeni addımlar atmağa hazırlaşır.
Finss.az xəbər verir ki, Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya, Türkiyəyə gələn xarici vətəndaşlar üçün barmaq izi tələbinin tətbiq edilməsinin planlaşdırıldığını açıqlayıb. Bu tədbir, ölkəyə gələn əcnəbilərin şəxsiyyətinin daha dəqiq və etibarlı şəkildə müəyyənləşdirilməsi məqsədilə həyata keçiriləcək.
Nazir Yerlikaya, həmçinin müvəqqəti qoruma statusu olan şəxslərin şəxsiyyət vəsiqələrinin çiplənməsi layihəsinin də gündəmdə olduğunu qeyd edib. Bu addım, xüsusilə Suriyalılar üçün vacib hesab olunur və çipli şəxsiyyət vəsiqələrinin təkrarolunmaz olması ilə təhlükəsizlik risklərinin minimuma endiriləcəyi vurğulanıb.
Daxili İşlər Nazirliyinin verdiyi məlumatlara əsasən, Türkiyədə ümumilikdə 4,4 milyon xarici vətəndaş yaşayır ki, onların da 3,1 milyonu Suriyalıdır. Yaşamaq icazəsi olan əcnəbilər arasında tələbələr, ev işçiləri və reabilitasiya işçiləri kimi müxtəlif peşə qruplarından olan şəxslər yer alır.
Zemfira Ms
Finss.az