Britaniyanın Uolsol şəhərində bir kanala kimyəvi maddə sızıb və nəticədə suyun tərkibində zəhərli natrium siyanid və digər kimyəvi maddələrin olması yoxlanılır.
Finss.az xəbər verir ki, West Midlands Yerli Xidmətlər Tərəfdaşlığının bir hissəsi olan agentliklər, Uolsolldakı kanalda baş verən kimyəvi sızıntıları ciddi hadisə kimi qiymətləndirirlər. Ətraf Mühit Agentliyi suyun tərkibində natrium siyanid və digər kimyəvi maddələrin səviyyəsini yoxlamaq üçün xüsusi sınaq rejimi hazırlayıb.
Şəhər şurası əlavə məlumat vermədən sızmanın şəhərdəki obyektlərdən birindən qaynaqlandığını bildirib.
Səlahiyyətlilər yerli sakinlərə kanal ərazisindən uzaq durmağı və su ilə təmasdan sonra özlərini pis hiss etdikləri halda dərhal həkimə müraciət etməyi tövsiyə ediblər.
Kaira Agayeva
Finss.az