Yaponiyanın Baş Naziri Fumio Kisida, gələcək sentyabrda keçiriləcək Liberal-Demokratik Partiyanın (LDP) lideri seçkilərində ikinci müddətə namizəd olmayacağını açıqlayıb. Bu qərar ilə Kisida, seçkilərdən sonra baş nazir vəzifəsini tərk edəcək. ,
Finss.az xəbər verir ki, ilkin olaraq media tərəfindən yayımlanan məlumatı daha sonra Kisida öz mətbuat konfransında təsdiqləyib.
Kisida mətbuat konfransında bildirib: “Gələcək seçkilərdə seçicilərə yeni Liberal-Demokratik Partiyanı nümayiş etdirmək vacibdir. Bunun üçün şəffaf və açıq seçkilər, sərbəst və açıq müzakirələr tələb olunur, beləliklə partiya dəyişdiyini göstərə bilər. Bu səbəbdən, ilk açıq addım olaraq mənim kənara çəkilməyim zəruridir.”
67 yaşlı Fumio Kisida, Liberal-Demokratik Partiyanı sentyabr 2021-ci ildən bəri rəhbərlik edir və eyni ilin oktyabrından baş nazir vəzifəsini icra edir. NHK-nın məlumatına görə, seçkilər ərəfəsində hökumətə və xüsusilə iqtidar partiyasına qarşı tənqidlər artıb, və Fumio Kisidanın fəaliyyətinə olan dəstək reytinqi 30%-dən aşağı qalmaqdadır.