DÜNYA

14 Avqust

AEBA-nın ekspertləri ZAES-dəki yanğının səbəbini açıqlamayıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA), Zaporojye Atom Elektrik Stansiyasında (AES) baş vermiş yanğının səbəbini açıqlamayıb.

Finss.az xəbər verir ki, yenidən aparılan yoxlamalardan sonra, AEBA-nın hesabatında yanğının soyuducu qüllənin dibindən başlaması ehtimalının az olduğu qeyd edilib.

Hesabatda mütəxəssislərə soyuducu qüllənin içindən çəkilmiş foto və videoların göstərildiyi, lakin heç bir yad əşya və ya materialın aşkarlanmadığı bildirilir.

Xatırladaq ki, avqustun 11-də Rusiya Silahlı Qüvvələrinin nəzarətində olan Zaporojye AES üzərində qalın tüstü müşahidə olunmuş və hər iki tərəf bir-birini təxribatda ittiham etmişdi.

Kaira Agayeva 

Finss.az