Banqladeşin müvəqqəti hökuməti əvvəllər ölkədə ilk prezidentin xatirəsinə təsis edilmiş və dövlət səviyyəsində qeyd olunan 15 avqust -milli matəm gününü ləğv edib.
Finss.az xəbər verir ki, bu barədə hökumətin mətbuata açıqlamasında bildirilib.
Müvafiq qərar şura üzvləri və siyasi partiyalarla müzakirələrdən sonra yekdilliklə qəbul edilib. Qeyri-rəsmi məlumatlara görə, hakimiyyət bu addımı təxribatların və yeni kütləvi toqquşmaların qarşısını almaq üçün atıb.
1975-ci il avqustun 15-də hərbi çevriliş zamanı Banqladeşin ilk prezidenti Mucibur Rəhman və ailə üzvləri güllələnərək qətlə yetirilmişdi. Rəhmanın qızı Şeyx Hasina əri və kiçik bacısı ilə həmin vaxt Almaniyada idi. O, ölkəsində arzuolunmaz şəxs elan edilmiş və Hindistanda siyasi sığınacaq alaraq altı il orada yaşamışdı.
Daha sonra Banqladeşin Baş naziri olan Şeyx Hasina 2009-cu ildən bəri davamlı olaraq həmin postu tutub. Bu il avqustun 5-də hökumət əleyhinə nümayişlər fonunda istefa verib və ölkəni tərk edib.
Kaira Agayeva
Finss.az