İran Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında Qəzza zolağında atəşkəs elan edilməsi və anklavda saxlanılan girovların azad edilməsi üzrə danışıqlarda iştirak etmir və iştirak etmək niyyətində deyil.
Finss.az xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyi bildirib.
“Biz Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə HƏMAS və İsrail rejimi arasında dolayı danışıqlara qatılmadıq və belə danışıqlarda iştirak etmək niyyətində deyilik”, - məlumatda deyilir.
Daha əvvəl “Reuters” agentliyi mənbələrə istinadən İranın Qəzza zolağında eskalasiya başlayandan bəri ilk dəfə Fələstin anklavında atəşkəslə bağlı danışıqlara nümayəndə göndərmək imkanını nəzərdən keçirdiyini xəbər vermişdi.
Kaira Agayeva
Finss.az