DÜNYA

13 Avqust

Rusiya FTX: Bu il ölkədə 110 terror aktının qarşısı alınıb

Rusiyanın hüquq-mühafizə orqanları bu ilin əvvəlindən ölkədə 110 terror aktının qarşısını alıb.

Finss.az TASS-a istinadən xəbər verir ki, bu barədə Milli Antiterror Komitəsinin sədri, Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov bildirib.

“İlin əvvəlindən 110 terror aktının qarşısı alınıb. Terror cinayətlərinin hazırlanması və törədilməsi, terrorizmə haqq qazandırılması və təbliği, terrorçuların maliyyələşdirilməsi və yardım edilməsi ittihamı ilə 1050-dən çox şəxs saxlanılıb”, - o qeyd edib.

Kaira Agayeva 

Finss.az