DÜNYA

13 Avqust

İran Avropa "üçlüyü"nün çağırışına cavab verib

İran, Avropa "üçlüyü"nün çağırışlarına cavab verərək, suverenliyini və milli təhlükəsizliyini müdafiə etməkdə qərarlı olduğunu vurğulayıb.

Finss.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani bildirib ki, ölkə regionda sabitliyin təşviqində və terrora qarşı çəkindirici qüvvə yaratmaqda qətiyyətlidir. O, Avropa "üçlüyü"nü Qəzzadakı humanitar fəlakətin qarşısını almaqda fəaliyyətsizlikdə ittiham edib.

Xatırladaq ki, avqustun 12-də Almaniya, Böyük Britaniya və Fransa İrana müraciət edərək Yaxın Şərqdə müharibəni dayandırmağa çağırıb. İran isə bu çağırışa qarşı öz mövqeyini sərt şəkildə ifadə edib və heç bir xarici təzyiqin suveren hüquqlarını məhdudlaşdıra bilməyəcəyini qeyd edib.

Kaira Agayeva 

Finss.az