DÜNYA

13 Avqust

"Böyük Britaniya Ukraynaya 'Storm Shadow' qadağası qoyub"

Böyük Britaniya Ukraynaya Kursk vilayətinə hücum zamanı uzaqmənzilli “Storm Shadow” raketlərindən istifadə etməyə icazə verməyib.

Finss.az xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti Böyük Britaniya Baş nazirinin ofisinin nümayəndəsinə istinadən məlumat yayıb.

Nümayəndə Böyük Britaniyanın Ukraynaya beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi yardım göstərdiyini, amma Rusiyanın ərazisinə hücum etməyə icazə vermədiklərini bildirib.

Daha əvvəl, Böyük Britaniya hökumətinin nümayəndələri Kiyevə “Storm Shadow” raketlərindən istifadə edilməsi ilə bağlı qarışıq bəyanatlar vermişdilər.

KİV-in iddiasına görə, London vəziyyəti qəsdən qarışdıraraq Rusiyanın gerçək mövqeyini bilməməsini təmin etməyə çalışır.

Kaira Agayeva 

Finss.az