DÜNYA

13 Avqust

Gürcüstanda alpinisti ildırım vurub

Gürcüstanın Svaneti bölgəsinin Şxelda dağının zirvəsində, dəniz səviyyəsindən 3800 metr yüksəklikdə alpinisti ildırım vurub. 

Finss.az xəbər verir ki, alpinistlər zirvəyə qalxarkən güclü yağış və tufana düşüblər. Onlardan Arçil Badriaşvilini ildırım vurub. Çətin şəraitdə qalan üç alpinist isə xilasedicilər tərəfindən təxliyə olunublar.

Gürcüstan Daxili İşlər Nazirliyinin fövqəladə hallar idarəsinin əməkdaşları bu gün həlak olmuş alpinistin cəsədini taparaq aidiyyəti üzrə təhvil veriblər.

Kaira Agayeva 

Finss.az