DÜNYA

13 Avqust

Hakan Fidan Blinkenlə Yaxın Şərqdəki son vəziyyəti müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.

Finss.az xəbər verir ki,  bazar ertəsi Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Öncü Keceli deyib.

O qeyd edib ki, qarşı tərəfin təşəbbüsü ilə baş tutan söhbət zamanı İsrail və HƏMAS arasında danışıqlar prosesi və regiondakı son vəziyyət müzakirə olunub.

Türkiyənin xarici işlər naziri regionda artan gərginliyin narahatlıq doğurduğunu, həmçinin İsrail-Fələstin münaqişəsində təcili atəşkəsin təmin edilməsinin vacibliyini vurğulayıb.

Kaira Agayeva 

Finss.az