DÜNYA

13 Avqust

Yeni Çin: Hindistanın yeni yüksələn texnoloji mərkəzi

Hindistanın yüksək texnoloji istehsal mərkəzi olaraq seçilməsi təsadüfi deyil. Hazırkı baş nazir Narendra Modinin rəhbərliyi altında getdikcə daha çox transmilli şirkət maliyyə güzəştləri səbəbindən ölkəyə axın edir. Hökumət bildirir ki, istehsalın artması nəticəsində 150 min yeni iş yeri yaradılıb.

Finss.az xəbər verir ki, Hindistan, Asiyada yüksək texnoloji istehsal mərkəzi kimi Çinlə rəqabət aparmaq üçün əsasları qoymağa çalışır. Bu məqsədlə, 2014-cü ildə hökumət "Hindistanda İstehsal Et" adlı elektronika istehsalını dəstəkləyən təşəbbüsə start verdi. Bu təşəbbüsə görə, şirkətlərin satışlarında artım olduğu halda, həmin artımdan 4-6% əlavə ödənişlər alırlar.

Bu təşəbbüs sayəsində Hindistanda elektronika istehsalının həcmi 2017-ci ildəki 49 milyard dollardan 2023-cü ildə 101 milyard dollara qədər artdı. Yəni, illik orta artım tempi təxminən 13% təşkil edib. 2024-cü ilin aprelində elektronika mallarının ixracı 2,7 milyard dollar təşkil edib, bu isə əvvəlki ildəki 2,1 milyard dollardan 26,2% daha çoxdur. Hökumət proqnozlaşdırır ki, növbəti beş il ərzində Hindistanın elektronika sənayesində istehsal həcmi 250 milyard dollara çatacaq.