Amerika Birləşmiş Ştatlarının (ABŞ) müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Qallant ilə Yaxın Şərqdəki son hadisələri müzakirə edib.
Finss.az xəbər verir ki, Yoav Qallantla apardığı telefon danışığı ilə bağlı rəsmi ''X'' internet səhifəsində paylaşım edən Lloyd Ostin İsrailə qarşı təhdidləri və Yaxın Şərqdəki hadisələri müzakirə etdiklərini deyib.
Amerika Birləşmiş Ştatlarının İsrailin müdafiəsinə verdiyi dəstəyi təkrarlayan Lloyd Ostin ölkəsinin İraqdakı Ayn əl-Əsəd hərbi hava bazasına edilən hücumun bölgədə gərginliyin artmasına səbəb olacağı mövzusunda həmfikir olduğunu qeyd edib.
Lloyd Ostin israilli həmkarını ABŞ-ın bölgədəki hərbi mövqeyini gücləndirmək üçün gördüyü tədbirlər mövzusunda məlumatlandırdığını bildirmişdi.
ABŞ Müdafiə Nazirliyi İsrailin təhlükəsizliyini dəstəkləmək üçün bölgəyə əlavə döyüş təyyarələri və gəmilər göndərəcəklərini açıqlayıb.
2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına hücumlarını davam etdirən İsrail şimal sərhədində Livandakı Hizbullahı ilə döyüşür.
İsrailin ötən həftə Livanın paytaxtı Beyrutda Hizbullahın komandirlərindən biri olan Fuad Şükürə hücum etməsi və ''Həmas''ın başçısı İsmayıl Haniyəni İranın paytaxtı Tehranda öldürülməsindən sonra bölgədə gərginlik artıb.